Fransa gəmisi Qəzza blokadasını yarmağa hazırlaşır

Fransa gəmisi Qəzza blokadasını yarmağa hazırlaşır

19 İyul 2011 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Qəzza blokadasını yarmaq üçün yola çıxmış Fransa gəmisi artıq Qəzza zolağı sahillərinə yaxınlaşmaqdadır. "Əl-Karama" gəmisinin göyərtəsində olanlar fələstinli insan haqları müdafiəçiləridir. Gəmi "Azadlıq donanması-2"-nin tərkibinə daxildir. "Əl-Karama" Qəzza zolağına humanitar yardım aparan yeganə gəmidir ki, Yunanıstan keçidində qoyulmuş qadağanı dəf etməyi bacarıb. Qəzza sahillərinə təxminən 40 mil məsafədə gəmi İsrailə məxsus 3 hərbi gəmi tərəfindən nəzarətə alınıb. "Azadlıq donanması-2"-nin təşkilatçıları bildirirlər ki, "Əl-Karama" gəmisində heç bir yük qalmayıb və İsrail hökumətinin onu saxlamağa heç bir hüququ yoxdur. İsrail tərəfi isə Qəzza zolağının dəniz blokadasının yarılmasına imkan verməyəcəyini bir daha bəyan edib.

Qadağalar onları aşmaq üçün yaradılıb.

Tofiq Əliyev

O.M.