Bakı Dəmiryol Vağzalına bomba qoyulması barədə polisə anonim zəng olub

Bakı Dəmiryol Vağzalına bomba qoyulması barədə polisə anonim zəng olub

19 İyul 2011 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 14.00 radələrində Bakı Dəmiryol Vağzalına bomba qoyulması barədə polisə məlumat daxil olub. Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən bildirilib. Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng edən naməlum şəxs Bakı Dəmiryol Vağzalına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib. Dərhal bu barədə polis məlumatlandırılıb və əraziyə xilasedicilər cəlb edilib. Vağzalda olan sərnişinlər evakuasiya edilib. Həyata keçirilən axtarışlara baxmayaraq, məlumat təsdiqini tapmayıb. Polisdən, həmçinin bildirilib ki, artıq anonim zəngin edildiyi ünvan müəyyənləşib. Hazırda yalan məlumat verən şəxsin tutulması istiqamətində axtarışlar davam etdirilir.

Tofiq Əliyev

O.M.