21 yaşlı oğlan qardaşının evində özünü asdı

21 yaşlı oğlan qardaşının evində özünü asdı

1 Oktyabr 2015 17:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Sulutəpə qəsəbəsində qeydə alınıb. Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Rahib Məmmədov özünü asaraq ölüb. O, hadisədən bir gün əvvəl Sulutəpə qəsəbəsində yaşayan qardaşının evinə qonaq gəlib və orada da özünə qəsd edib. Rahib Məmmədovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Mediainfo.az