Buzlaqlar əridikcə onlar ölürlər
Amerikada aparılan araşdırma göstərib ki, qütb ayıları anaları ilə birlikdə buzlaqlara yetişmək üçün yoldaca tələf olurlar. Doğuşdan suda yaşamağa alışqan olmayan qütb ayıları quruda və ya buzlaqların üzərində məskən salırlar. Son dövrdə buzlaqların əriməsi isə onların həyatına qəsd edir. Belə ki, əriyən sularla üzərək, buzlaq axtaran balacalar bu cür ağır rejimə dözməyərək, ölürlər. İqlim şəraiti buzlaqları onların ayaqları altından alaraq, km-lərcə uzağa aparıb. Təbii ki, onlar da qida və yuva axtarışına çıxarkən son məsafələrini qət etmiş olurlar. Bütün bunlarsa qütb ayılarının nəslinin tükənməsinə gətirib çıxarır.
Bəziləri soyuqdan ölür, bəzilərisə istidən.
Günel Həbib
O.M.
Digər xəbərlər