Gəncədə ağır qəza

Gəncədə ağır qəza

1 Oktyabr 2015 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, sentyabrın 30-da saat 11 radələrində Gəncə şəhərinin N.Nərimanov prospektində Kəlbəcər rayon sakini Kənan Məmmədxanov idarə etdiyi "Daewoo" markalı avtomobillə yolun kənarında gedən şəhər sakini Şahnaz Məmmədovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Mediainfo.az