Suraxanıda ağır yol qəzası baş verib

Suraxanıda ağır yol qəzası baş verib

19 İyul 2011 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakinləri İlham Şərifovun idarə etdiyi "Mercedes" markalı və Fəridə Kazımovanın idarə etdiyi "Hyundai" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış İ. Şərifovun sərnişinləri, həmyerliləri Pəri Mustafayeva, Əfqan Mustafayev, Gülsüm Məmişzadə və onun qardaşı Nəriman, habelə F. Kazımovanın sərnişinləri Fərhad İsgəndərov və onun bacısı Aytac xəstəxanaya yerləşdiriliblər. F. İsgəndərovun və Aytacın vəziyyətləri orta-ağırdır. Digər xəsarət alanlara isə tibbi yardım göstərildikdən sonra buraxılıblar. Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Yüksək sürət hərdən ölümü də sürətləndirir.

Könül Aypara

O.M.