Mühacir gəmisi batdı

Mühacir gəmisi batdı

30 Sentyabr 2015 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

60 mühaciri daşıyan qayıq batıb.

Bədbəxt hadisə Egey dənizinin Yunanıstan sahilləri yaxınlığında baş verib. Türkiyənin Balıkesir vilayətindən Yunanıstana getmək istəyən 60 "ümid yolçusu"nun rezin qayığı mənzil başına çatmamış suya qərq olub.

Hadisə yerinə yunan sahil təhlükəsizlik işçiləri cəlb olunub. 47 nəfərin həyatını xilas etmək mümkün olub. Sahil təhlükəsizlik işçiləri 2 nəfərin meyitini sudan çıxarıb. 11 nəfərin itkin olduğu bildirilir.

Xilasetmə işləri davam edir.

Mediainfo.az