Tovuzda maşın qoyun sürüsünü vurub

Tovuzda maşın qoyun sürüsünü vurub

30 Sentyabr 2015 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuzun Dönük Qırıqlı kəndi ərazisində Gürcüstandan Bakıya sərnişin daşıyan "Mercedes" markalı avtobus yolda qoyun sürüsünü vurub. Qəza zamanı sürüdə bir xırda buynuzlu heyvan ölüb, biri isə yaralanıb. Avtobusun sürücüsü və sərnişinlərdən xəsarət alan olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Mediainfo.az