DYPX əməkdaşına müqavimət göstərən tutuldu

DYPX əməkdaşına müqavimət göstərən tutuldu

29 Sentyabr 2015 17:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdam sakini polisə müqavimət göstərdiyi üçün həbs edilib. Məlumata görə, sentyabrın 24-də Ağcabədiyə toya gəlmiş Ağdam rayonunun Baharlı kənd sakini, 1987-ci il təvəllüdlü Balakişiyev Mahir Tahir oğlu sərxoş vəziyyətdə "VAZ- 21099" markalı avtomobili idarə edərkən yol polisi tərəfindən saxlanılıb. Bu zaman M.Balakişiyev yol polisi əməkdaşının tələbinə tabe olmayıb və ona müqavimət göstərib. Onun bu əməli yol polisi tərəfindən aktlaşdırılıb.

Toplanmış materiallar əsasında Cinyət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə iş başlanılıb və M.Balakişiyev həbs edilib.

Araşdırmalar davam etdirilir.

Mediainfo.az