13 nəfər istidən ölüb

13 nəfər istidən ölüb

19 İyul 2011 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Son bir həftə ərzində Birləşmiş Ştatlarda müşahidə edilən isti hava şəraiti insan ölümünə yol açıb. Belə ki, istidən 13 nəfər ölüb. Ölkənin 18 ştatında bir neçə gündür ki, temperatur 40 dərəcədən yüksəkdir. Bu ştatlarda kəskin istilərin davam edəcəyinə dair xəbərdarlıq edilib. Miçiqan ştatından Florida ştatınadək bir çox şəhərlərdə son illərin ən yüksək temperatur rekordu təzələnib. Dövlət müəssisələri bağlanıb. Anomal istilərin bu həftənin sonlarınadək davam edəcəyi proqnozlaşdırılır.

Təbiətin gətirdiyi bəlanı təbii qəbul etmək lazımdır.

Tofiq Əliyev

O.M.