Bu il baş verən 1364 yol qəzalarında 433 nəfər ölüb

Bu il baş verən 1364 yol qəzalarında 433 nəfər ölüb

19 İyul 2011 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

Respublika Baş Dövlət Yol Polisi İdarəsi 2011-ci ilin 6 ayı ərzində ölkə ərazisində baş verən yol qəzalarında ölən və yaralanan şəxslərlə bağlı statistikasını açıqlayıb. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, cari ilin birinci yarısında 1364 yol qəzası baş verib, nəticədə 433 nəfər ölüb, 1465 nəfər isə yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, yol qəzalarının sayı 204 (17,6%), həlak olanların sayı 36 nəfər (9,1%), yaralananların sayı isə 282 nəfər (23,8%) artıb. Hesabat dövründə Bakı şəhəri ərazisində 711 yol qəzası qeydə alınıb, nəticədə 169 nəfər ölüb, 774 nəfər isə xəsarət alıb. 2010-cu ilin 6 ayı ilə müqayisədə yol qəzalarının həlak olanların və yaralananların sayı uyğun olaraq 214 (43,1%), 7 (4,3%) və 313 (67,9%) nəfər artıb. Respublika üzrə qeydə alınmış yol qəzalarının 92,6%-i (1265) sürücülərin Yol Hərəkəti Qaydalarını pozmaları, o cümlədən 44,4%-i (607) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,1%-i (315) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8%-i (113) yol ayrıclarını keçmə qaydalarının pozulması, 2,7%-i (37) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Baş verən yol qəzalarının 40,3%-ni (550) piyadaların vurulması təşkil edib, nəticədə 167 piyada həlak olub, 410-u yaralanıb. Respublika üzrə qeydə alınmış yol qəzaları nəticəsində 37 nəfər uşaq və yeniyetmə həlak olub, 105 nəfər yaralanıb. Həlak olanların 24-ü, yaralananların isə 62-i piyadalardır. 2011-ci ilin 6 ayı ərzində respublika ərazisində 13 nəfərin həlak olması və 68 nəfərin yaralanması ilə nəticələnən 79 yol nəqliyyat hadisəsi bağlı qalıb.

Sürücü sürərkən, piyada gəzərkən ehtiyatlı olmalıdır.

Tofiq Əliyev

O.M.