Amerika qanuni olaraq "maviləşdi"

Amerika qanuni olaraq "maviləşdi"

19 İyul 2011 14:35
Bəyəndim (0) Bəyənmədim (0)
Nyu-Yorkda toy təlaşı var

Nyu-Yorkda eyni cinslilərin evlənməsi üçün çıxarılan qərar qəbul edildikdən sonra onun qüvvəyə minməsini dörd gözlə gözləyənlərin sayı getdikcə artmağa başladı. Toy təşkilatçıları daha artıq müştəri cəlb etmək üçün müxtəlif yollara əl atırlar. Qanunun 24 iyulda qüvvəyə minməsindən sonra çox sayda eyni cinslilərin toy mərasiminin baş tutacağını təxmin edən təşkilatçılar 50 faiz endirimlərə başlayıblar. Toy edən cütlüklər bu kampaniyalardan yararlanaraq, yüzlərcə dollara qənaət edəcəklər. Bütün bunlar "cütlüklər" tərəfindən məmnuniyyətlə qəbul edilib.

Onu da xatırladaq ki, Nyu-York Amerikanın bu cür qanunu qüvvəyə mindirən ən böyük ştatı oldu. Ondan savayı isə Connecticut, Lova, Massachusetts, Nyu-Hampşayə ve Vermont da bu qanuna yaşıl işıq yandırıb.

"Kişi" kimi ərə gedirlər.

Günel Həbib

O.M.