Həcc ziyarətində daha bir azərbaycanlı vəfat edib

Həcc ziyarətində daha bir azərbaycanlı vəfat edib

25 Sentyabr 2015 23:01
Bəyəndim (0) Bəyənmədim (0)

Həcc ziyarətində daha bir azərbaycanlı zəvvar dünyasını dəyişib. Bu barədə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Onun sözlərinə görə, zəvvar Kəklik Aslanova günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, sentyabrın 24-də digər azərbaycanlı zəvvar, 55 yaşlı Fəxrəddin Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəfildən dünyasını dəyişmişdi. Onun ürək tutmasından öldüyü bildirilirdi.

Mediainfo.az