Həcc ziyarətində daha bir faciə baş verib

Həcc ziyarətində daha bir faciə baş verib

24 Sentyabr 2015 13:45
Bəyəndim (0) Bəyənmədim (0)
150 nəfər ölüb, 390 nəfər yaralanıb

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı faciə baş verib.

Mina dağında yaranan qarışıqlıq nəticəsində azı 150 nəfər ölüb, 390 nəfər yaralanıb. Məlumatı Səudiyyə Ərəbistanının dövlət televiziyası yayıb. Hələlik hadisənin səbəbləri bəlli deyil.

Xatırladaq ki, sentyabrın 11-də Məkkədə qaldırıcı kranın zəvvarların üzərinə düşməsi nəticəsində 107 nəfər ölüb.

Mediainfo.az