100 məhbusa əfv fərmanı verildi

100 məhbusa əfv fərmanı verildi

24 Sentyabr 2015 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Misir prezidenti Əbdülfəttah əs-Sisinin fərmanı ilə 100 məhbus əfv edilib. Onların sırasında 16 qadın, "Əl-Cəzirə" telekanalının üç jurnalisti, məşhur şair Ömər Xazek, fəal hüquq müdafiəçisi Piter Cəlal da var.

Amnistiyaya düşənlərin əksəriyyəti nümayiş və icazəsiz mitinqlərdə iştirak etdiklərinə görə ittiham olunanlardır. Onların bir hissəsi səhhətinə görə və humanist səbəblərdən əfv edilib.(AZƏRTAC)

Mediainfo.az