Hüseyn Abdullayevin atası rəhmətə gedib
Mühacirətdə olan sabiq millət vəkili Hüseyn Abdullayevin atası Abbas Abdullayev dünyasını dəyişib. Bu barədə Hüseyn Abdullayev özü fb-də status yazıb: "Əziz dostlarım! Sizə məlumat vermək istəyirəm ki, rejimin ailəmə qarşı tətbiq etdiyi uzun müddətli təzyiqlərindən sonra atam Abdullayev Abbas dünən dünyasını dəyişib. Onun ölümünə əsas səbəb isə mövcud hakimiyyətin ata-anamın ölkədən çıxmasına qoyduğu qanunsuz qadağadır".
H.Abdullayev qeyd edir ki, 10 il əvəvl əməliyyat keçirən atası xaricdə intensiv müalicə alırmış, ancaq son vaxtlar onun xaricə getməsinə əngəl törədilib.
mediainfo.az
Digər xəbərlər