Sürücü sükan arxasında öldü

Sürücü sükan arxasında öldü

23 Sentyabr 2015 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda yol qəzası törədən sürücünün infarktdan öldüyü məlum olub.

Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, sentyabrın 22-də saat 11 radələrində Ələt-Astara yolunun 205-ci km-də Lənkəran rayonunun Gərmətük kənd sakini Seyfulla İsmayılovun idarə etdiyi "VAZ-21011" markalı avtomobil yolun kənarında dayanmış rayon sakini Surət Əliyevə məxsus "Mercedes" markalı avtomobilə dəyib.

Araşdırmalar zamanı S.İsmayılovun sükan arxasında infarktdan öldüyü müəyyən edilib.

Mediainfo.az