Bakıda zəncirvari yol qəzası

Bakıda zəncirvari yol qəzası

19 İyul 2011 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Bakıda zəncirvari yol qəzası baş verib. Nizami rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Rüfət Allazovun ANS PRESS-ə verdiyi məlumata görə, 3 avtomobilin toqquşması ilə nəticələnən qəza səhər saat 09:30 radələrində, Nizami rayonu ərazisində Babək prospektində qeydə alınıb. Belə ki, "Mercedes" markalı 90 EQ 111 dövlət nömrə nişanlı avtomobil, eyni markalı 90 KR 688 dövlət nömrə nişanlı avtomobillə və 40 BA 103 dövlət nömrə nişanlı "VAZ-2101" markalı maşınla toqquşub. Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, prospektdə uzun müddət tıxac yaranıb. Qeyd edək ki, hazırda yol boşaldılıb. Sürücülərin kimliyi və hadisənin baş vermə səbəbi araşdırılır.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.