Məmməd Aslan Masazırda dəfn olunub

Məmməd Aslan Masazırda dəfn olunub

23 Sentyabr 2015 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Şair Məmməd Aslan Masazırda Kəlbəcərdən olan məcburi köçkünlərin qəbiristanlığında dəfn edilib.

Şairin nəvəsi Məmməd Kamalın verdiyi məlumata görə, dəfn mərasimində şairin doğmaları, qələm dostları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, M. Aslan dünən 75 yaşında dünyasını dəyişib. Şair uzun müddət ağciyər xəstəliyindən əziyyət çəkib.

Mediainfo.az