Yaxın 3 gündə yüksək temperatur diskomfort şəraiti yaradacaq

Yaxın 3 gündə yüksək temperatur diskomfort şəraiti yaradacaq

19 İyul 2011 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın az buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakıda gecə 24-26, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 20-25°, gündüz 35-39° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək

Temperatur gecə 15-20°, gündüz 27-32° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 20-25°, gündüz 34-38° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 19-24°, gündüz 30-35° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 20-25°, gündüz 35-40° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 20-25°, gündüz 33-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacaq.

Tibbi meteoroloji proqnoz: yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava fonunda yüksək temperatur diskomfort şərait yaratmaqla, meteohəssas insanlar üçün əlverişsizdir.

Özünüzdən və sağlamlığınızdan muğayat olun.

Günel Həbib

O.M.