![Qazaxda piyada faciəsi](http://oxumeni.az/media/news/2015/09/photo_42045.jpg)
Qazaxda piyada faciəsi
Qazax rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə dünən rayonun 1-ci Şıxlı kəndində qeydə alınıb. Rayon sakini Ağakişi Musayev idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən rayon sakini Taleh Qədimovu vurub. Xəstəxanaya yerləşdirilmiş Taleh Qədimov orada ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər