Azərbaycan Milli Bankının ilk rəhbəri dünyasını dəyişib

Azərbaycan Milli Bankının ilk rəhbəri dünyasını dəyişib

22 Sentyabr 2015 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Bankının (AMB) ilk sədri Qalib Ağayev dünən dünyasını dəyişib. Q. Ağayevin 75 yaşı olub.

AMB-nin ilk rəhbəri 13 iyul 1941-ci ildə Bakıda anadan olub. 1992-ci ildən AMB-nin sədri vəzifəsini tutub. Q. Ağayevin dəfn mərasimi sentyabrın 22-də, saat 14:00-da, Süleyman Vəzirov küçəsi, 11 ünvanında baş tutacaq.

Allah rəhmət eləsin!

Mediainfo.az