Erməni zabit qəzada həlak oldu

Erməni zabit qəzada həlak oldu

21 Sentyabr 2015 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Sünik vilayətindəki Çəllək dərəsində aparılan axtarış işləri zamanı qəzaya uğramış "Volkswagen Golf" markalı avtomobil tapılıb.

Erməni KİV-ləri xəbər verir ki, qəza nəticəsində sürücü ölüb.

Məlum olub ki, qəzada həlak olan şəxs Ermənistandakı hərbi hissələrdən birinin komandiri S.Davtyandır. Onun cəsədi maşının sükanı arxasında aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, maşın idarəetməni itirərək çevrilib və 80-100 metrdən dərəyə yuvarlanıb.

Mediainfo.az