Yasamalda 85 nəfər "Nurçu" saxlanılıb

Yasamalda 85 nəfər "Nurçu" saxlanılıb

21 Sentyabr 2015 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 19-da Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin və Milli Təhlükəsizlik Nazirliyinin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində "Nurçu" dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb.

Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.

Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılıb.

Mediainfo.az