Ağ Evin əməkdaşı ölüb

Ağ Evin əməkdaşı ölüb

21 Sentyabr 2015 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da Ağ Evin əməkdaşı Ceykob Bryuer Merilend ştatının Hauard dairəsində keçirilən xeyriyyə tədbiri zamanı ölüb.

Velosipedlə hərəkət edən C. Bryuer idarəetməni itirib və qarşıdan gələn avtomobillə toqquşub. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.

ABŞ prezidenti Barak Obama C. Bryuerin ölümü ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, 34 yaşlı Ceykob Bryuer Ağ Evin elmi-texniki siyasət idarəsinin baş müşaviri vəzifəsində işləyib.

Mediainfo.az