"iPhone" və "iPad" cihazlarına virus düşüb

"iPhone" və "iPad" cihazlarına virus düşüb

21 Sentyabr 2015 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

"App Store" internet mağazasına irimiqyaslı kiberhücum olub. Bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Virus "iPhone" və "iPad" cihazlarına aid olan bir neçə proqramı sıradan çıxarıb.

Bundan başqa, kibercinayətkarlar "iOS" və "Mac apps" üçün əlavələrin yaradılmasında istifadə olunan "Xcode" proqramını dəyişdirməyi də bacarıblar.

Qeyd edək ki, yararsız "Xcode" proqramı Çin serverindən yüklənilib. (interfax)

Mediainfo.az