Gədəbəydə intihar
Bu gün səhər saat 07.00 radələrində, Gədəbəy rayonunun Qalakənd kəndində intihar hadisəsi baş verib. Kənd sakini, 1961-ci il təvəllüdlü Ramin Mikayıl oğlu Rzayev odlu silahdan özünə atəş açaraq intihar edib. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Odlu silahdan atəş açaraq həyatını kül etdi.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər