
Vətəndaşdan qumbara götürülüb
Bakı şəhərində bir nəfərdən partlayıcı qurğu götürülüb.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində Maştağa qəsəbə sakini Elmar Dadaşov tutulub.
Ondan 2 ədəd "F-1" qumbarası və 2 ədəd "UZQRM" tipli alışdırıcı götürülüb.
Mediainfo.az
Digər xəbərlər