2 avroya qənaət edən xəsis ingilis 30 000 avro itirdi

2 avroya qənaət edən xəsis ingilis 30 000 avro itirdi

19 İyul 2011 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərədə maraqlı hadisə baş verib. 2 avro avtodayanacaq pulu ödəməmək üçün avtomobilini dəniz sahilində saxlayan ingilisin 30 000 avroluq maşını dənizə düşüb. Məlumata görə, sürücü dayanacağa pul ödəməmək üçün avtomobilini dəniz sahilində saxlayıb və daha sonra qatarla şəhəri tərk edib. Bu vaxt dənizdə meydana gələn qabarma çəkilmə hadisəsi nəticəsində avtomobil dənizin içinə doğru sürüklənib. Vəziyyəti görən polis 30 000 avro qiyməti olan idman avtomobilinin sürücüsünü axtarsa da ancaq onun qohumlarını taparaq hadisə barədə məlumat verib.

O puluna qıymadı. Amma dəniz ona "qıydı".

Tofiq Əliyev

O.M.