Ermənilər mövqelərimizi atəşə tutublar

Ermənilər mövqelərimizi atəşə tutublar

19 İyul 2011 09:45
652
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 18-də atəşkəsi pozub. Erməni ordusu saat 17.15-dən 17.25-dək Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və saat 23.15-dən 23.50-dək fasilələrlə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Qaraxanbəyli və Horadiz kəndləri ərazisində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub.

Ermənilərin yoxsulluq və əzab-əziyyət çəkməsi məndə onlara qarşı böyük rəhm oyatmasına baxmayaraq, onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilməzdim. (Qraf De Şole, fransız səyyahı)

Tofiq Əliyev

O.M.