Sabir Rüstəmxanlı bu dəfə həyat yoldaşının deputat olması üçün çalışacaq

Sabir Rüstəmxanlı bu dəfə həyat yoldaşının deputat olması üçün çalışacaq

18 Sentyabr 2015 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bu dəfə Milli Məclis üzvlüyünə namizədliyini irəli sürməyəcək.

Bu barədə apa-ya S. Rüstəmxanlı özü məlumat verib. O bildirib ki, həyat yoldaşı, "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputat seçilməsinə yardımçı olacaq: "Namizədliyimi irəli sürməmək barədə qərarım qətidir. Tənzilə xanım namizədliyini verib, qeydiyyatdan keçsə, ona kömək edəcəyəm".

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

Mediainfo.az