Bakı-Sumqayıt yolunda baş verən qəzada daha bir nəfər ölüb - FOTO

Bakı-Sumqayıt yolunda baş verən qəzada daha bir nəfər ölüb - FOTO

17 Sentyabr 2015 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında yaralananlardan daha birinin kimliyi məlum olub. Sumqayıt şəhər Təcili Yardım Stansiyasından apa-ya verilən məlumata görə, yaralılardan biri Ofeliya Məmmədovadır.

****

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib. Bu barədə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri orada ölüb. Xəstəxanadan onu da bildiriblər ki, oraya yerləşdirilən digər yaralıların vəziyyəti orta-ağırdır.

***

Sumqayıt şəhər Təcili Yardım Stansiyası Bakı-Sumqayıt yolunda 2 nəfərin ölümünə səbəb olan ağır qəzada yaralanan şəxslərin adını açıqlayıb. Stansiyadan verilən məlumata görə, yaralılar aşağıdakılardır:

1. Əhmədov Rəşad

2. Cavadov Rövşən

3. Allahverdiyev İbadət

4. Ağakişiyev Baloğlan

5. Paşabəyov Afiq

6. Məmmədova Əsmər

2 qadın və 2 kişinin adları isə naməlumdur.

Stansiyanın reanimasiya şöbəsindən verilən məlumata görə, hazırda qəzada yaralanan 6 nəfər əməliyyatdadır. Onlardan 3 nəfərinin vəziyyəti çox ağırdır.

Mediainfo.az