Dənizin dibində terrora etiraz aksiyası

Dənizin dibində terrora etiraz aksiyası

18 İyul 2011 17:16
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə bu yaxınlarda Diyarbəkirdə PKK hücumunun qurbanı olmuş 13 əsgərin öldürülməsi ilə bağlı aksiyalar davam edir. Müxtəlif şəhərlərdə keçirilən etiraz aksiyaları arasında Muğla vilayətində keçirilən aksiya fərqlənib. "Fəthiyyə Sualtı Dərnəyi"nin üzvü olan dalğıclar dənizin dibində türk bayrağı və "Şəhidlərimizi unutmayacağıq" yazısı olan plakat açıblar. Dəniz sularında şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Dalğıcların bu əməli Muğlada olan yerli və xarici turistlər tərəfindən alqışlanıb.

Terrorçuları öldürmək çətindir, terroru öldürmək ondan da çətindir.

Tofiq Əliyev

O.M.