Suriyadakı toqquşmalarda 30 nəfər ölüb

Suriyadakı toqquşmalarda 30 nəfər ölüb

18 İyul 2011 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident Bəşər Əsəd tərəfdarları ilə əleyhdarları arasında qanlı döyüşlər davam edir. Suriyanın üçüncü ən böyük şəhərlərdən biri hesab olunan Homse şəhərində baş verən toqquşma zamanı ən azı 30 nəfər həlak olub. Qeyd edək ki, qanlı nümayişlərin mərkəzi olan Suriyada kütləvi toqquşmalar artıq mart ayından ölkədə geniş vüsət almağa başlayıb. Nümayişlər Suriyanın Deraa şəhərində başlayıb və daha sonra bütün ölkə boyunca yayılıb.

Öz növbəsində Suriya hakimiyyəti etirazçılara təzyiq göstərmək məqsədi ilə hərbi texnikadan istifadə edir. Üç ay ərazində Suriyada baş verən aksiyalarda 1,35 mindən artıq insan həlak olub.

Kəssə hər kim tökülən qan izini...

Tofiq Əliyev

O.M.