Prokuror təqaüdə göndərildi

Prokuror təqaüdə göndərildi

15 Sentyabr 2015 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Sabirabad rayon prokuroru təqaüdə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Sabirabad rayon prokuroru Seyfəddin Həsənov prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar təqaüdə çıxıb.

Sabirabad rayon prokuroru vəzifəsini müvəqqəti olaraq Ramil Ədilov icra edir.

Mediainfo.az