Saxta sənədlərlə Azərbaycana gələnlərr saxlanılıb - FOTO

Saxta sənədlərlə Azərbaycana gələnlərr saxlanılıb - FOTO

15 Sentyabr 2015 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Saxta sənədlərlə Azərbaycana daxil olmaq istəyən əcnəbilər saxlanılıb.

DSX-nin mətbuat mərkəzindən verilən məlumatda qeyd olunur ki, sentyabrın 7-də həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 111 nömrəli "Alma-Ata-Bakı" aviareysi ilə ölkəmizə gələn Tacikstan vətəndaşı, 1998-ci il təvəllüdlü Zamirə Qaziyeva pasportunda Azərbaycan Respublikasına gəlib-getməsi barədə saxta möhürlər olduğuna görə, 10 sentyabr tarixində 079 nömrəli "Bakı-İstanbul" aviarey­sin­də saxta şengen vizası ilə Şri-Lanka vətəndaşları - 1983-cü il təvəllüdlü Sanmuqarasa Sathess və 1987-ci il təvəllüdlü Sinna Thamby Theivent­hiram Poovinthan, 334 nömrəli "İstanbul-Bakı" aviarey­si ilə saxta viza ilə Azərbaycana gələn Banqladeş vətəndaşları - 1983-cü il təvəllüdlü Rana MD Masud, 1985-ci il təvəllüdlü Alim Muhammad Abdul, 1987-ci il təvəllüdlü Rana MD Sahel və 1988-ci il təvəllüdlü Pramanik Abu Sayed saxlanılıblar.

Saxlanılan şəxslər deportasiya edilib.

Mediainfo.az