Qaradağda ölümlə nəticələnən qəza

Qaradağda ölümlə nəticələnən qəza

14 Sentyabr 2015 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaradağ RPİ-dən verilən məlumata görə, sentyabrın 13-də rayonun Müşfiqabad qəsəbəsində Masazır qəsəbə sakini Elnur Hacıyevin idarə etdiyi "VAZ-21154" markalı və Sumqayıt şəhər sakini Seymur Orucovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə E. Hacıyevin sərnişini, Bakı şəhər sakini Tərlan Süleymanov hadisə yerində ölüb, hər iki sürücü və S.Orucovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az