77 yaşlı qadını soyan “kişi” tutuldu

77 yaşlı qadını soyan “kişi” tutuldu

14 Sentyabr 2015 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda soyğunçuluq etdiyinə görə axtarışda olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsi xəbər verir ki, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 11-də saat 13 radələrində M.Əhmədzadə küçəsində 1938-ci il təvəllüdlü Tamella İsmayılovanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri – 1982-ci il təvəllüdlü Nicat Xıdırov və qardaşı 1983-cü il təvəllüdlü Samir Xıdırov tutulub.

Mediainfo.az