Piyadanı naməlum avtomobil vuraraq öldürüb

Piyadanı naməlum avtomobil vuraraq öldürüb

14 Sentyabr 2015 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Turab Hacıyev vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və aldığı xəsarətdən orada ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Mediainfo.az