Sabahın hava proqnozu

Sabahın hava proqnozu

11 Sentyabr 2015 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir

Sentyabrın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 25-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 28-33 dərəcə, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Sentyabrın 12-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Sentyabrın 13-14-də meteoroloji amillərin normalıq sutkalıq gedişi müsbət amil olsa da, bəzi saatlarda havada rütubətliliyin normadan çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Mediainfo.az