Baço Axalaya həbsxanada aclıq elan edib

Baço Axalaya həbsxanada aclıq elan edib

11 Sentyabr 2015 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya saxlanıldığı təcridxanada aclıq elan edib.

Apa-nın "lenta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə onun "Facebook" səhifəsində bildirilib. B. Axalaya 2011-ci ildə Rusiyaya casusluqda şübhəli bilinən polkovnik Serqo Tetradzenin ölümündə təqsirləndirilməsi ilə bağlı işə baxılması haqda müraciətlərinin növbəti dəfə təxirə salınmasına etiraz edib. B. Axalaya bildirib ki, onun aclıq aksiyasından başqa alternativi yoxdur: "Onlar vicdansızlıq, əxlaqsızlıq və ədalətsizliklə mübarizəni dayandıra bilməyəcəklər. Eyni zamanda mən bu gün bu cür təzyiq altında qalan bütün insanlarla öz şəxsi həmrəyliyimi ifadə edirəm".

Keçmiş müdafiə nazirinin vəkili isə jurnalistlərə açıqlamasında bildirib ki, onun müvəkkili tez bir zamanda məhkəmə dinləməsi tələb edir. Belə ki, onun polkovnik S.Tetradzenin ölümündə təqsirləndirilməsi ilə bağlı iş üzrə məhkəmə işi 3 ildir aparılmır.

Gürcüstan Prokurorluğunun məlumatın əsasən, istefada olan polkovnik Serqo Tetradze 2011-ci ilin sentyabrında Rusiyaya casusluq ittihamı ilə saxlanıldığı Qldani təcridxanasında öldürülüb. Onun həyat yoldaşı iddia edir ki, Tetradze təcridxanada Baço Axalayanın iştirakı ilə işgəncə zamanı ölüb.

Mediainfo.az