Sürücü öz avtomobilinin altında can verdi

Sürücü öz avtomobilinin altında can verdi

10 Sentyabr 2015 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə sentyabrın 9-dan 10-a keçən gecə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü Ramin Qiyaməddin oğlu Məmmədlinin idarə etdiyi "Opel Astra" markalı, "99 HC 226" dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Güclü zərbənin təsirindən sürücü oturduğu yerdən qoparaq idarə etdiyi nəqliyyat vasitəsinin altında qalıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Avtomobilin sərnişini, 25 yaşlı Rasim Umudov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşib.
Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az