
Cəsur ürək!
Avstraliyanın sahillərindəki sakinləri dəhşətə gətirən köpək balıqlarını cəsur it "qorxutdu". Okeanda üzən it ayaqlarının altında üzən köpək balıqlarının fərqinə varınca qaçmaq əvəzinə, suyun altına girib, onlardan birini dişlədi. Sahildəkilərin kameralarına əks olunan bu olaydan sonra köpək balıqlarının hamısı hadisə yerindən uzaqlaşdılar. Hər kəsin təəccüb və qorxulu baxışları altında cəsarət göstərən bu it "vəfalı dost" ünvanını bir daha sübut etmiş oldu.
Görəsən, belə bir hadisə Xəzər dənizində baş versəydi, bizləri kim xilas edərdi? "Vəfalı dost"lar, yoxsa FHN-nin əməkdaşları?
Günel Həbib
Digər xəbərlər