
Binanın damından kişi meyiti tapılıb
Mediainfo.az-ın FHN-nın saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron şəhərində 1 nəfərin yaşadığı binanın damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, 1950-ci il təvəllüdlü Hüseynov Vaqif Məmməd oğlu ürək çatışmazlığından vəfat edib.
Xilasedicilər binanın damından vətəndaşın meyitini endirib, aidiyyəti üzrə təhvil veriblər.
Mediainfo.az
Digər xəbərlər