
Binəqədidəki anbarda faciə baş verib: ölən və yaralanan var
Binəqədi şossesində yerləşən tikinti materialları anbarında faciə baş verib. Sumqayıt şəhər sakini Əhməd Cəfərov və Yevlax rayon sakini Aslan İlyasov Elşad Qafarova məxsus "KamAZ" markalı avtomobildən tikinti materialları boşaldarkən yük üstlərinə aşıb. Nəticədə Ə.Cəfərov hadisə yerində ölüb, xəsarət almış A.İlyasov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər