Şirkət əməkdaşının məhkəməsi başlayıb

Şirkət əməkdaşının məhkəməsi başlayıb

9 Sentyabr 2015 17:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Hyundai Badamdar" MMC-nin keçmiş əməkdaşı Vüqar Musayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məhkəmədə dövlət ittihamçısı ittiham aktını elan edib. Vüqar Musayev ittihama münasibət bildirən zaman özünü təqsirli bildiyini deyib. Proses sentyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Vüqar Musayev "Hyundai Badamdar" MMC-nin xəzinədarı vəzifəsində işləyib. O, satışdan əldə edilən pulları mənimsəməkdə təqsirləndirilir.

Vüqar Musayev Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda mənimsəmə) maddəsinə əsasən ittiham olunur.

Mediainfo.az