Bu il nikah və boşanma nə qədər olub?

Bu il nikah və boşanma nə qədər olub?

9 Sentyabr 2015 16:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bu il Azərbaycanda rəsmi qaydada qeydə alınan nikahların və boşanmaların statistikası açıqlanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova "Report"a bildirib ki, Azərbaycanda boşanma hallarında kəskin artım müşahidə olunmur.

A.Veysəlovanın sözlərinə görə, bu ilin I yarısında ölkədə 38 600 nikah qurulub. O bildirib ki, 2015-ci ilin 6 ayı ərzində Azərbaycanda 6 400 boşanma faktı qeydə alınıb.

Baş məsləhətçi ailə quranlar və boşanmalarla bağlı ötən ilin statistikasını da açıqlayıb. A.Veysəlova qeyd edib ki, 2014-cü ildə 84 912 nikah, 12 088 boşanma faktı qeydə alınıb.

Mediainfo.az