Yol qəzasında 6 camış tələf olub

Yol qəzasında 6 camış tələf olub

9 Sentyabr 2015 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmir rayonunda baş verən yol qəzasında 6 iribuynuzlu heyvan tələf olub. Hadisə Ağsu – Kürdəmir –İmişli yolunun 55-ci kilometrliyində, Kürdəmir rayonun Çöl-Ərəb kəndində qeydə alınıb. İmişli rayon sakini, 49 yaşlı Baxışov Əflatun Kərimxan oğlu idarə etdiyi "KamAZ" markalı yük maşını ilə hərəkətdə olarkən qarşısına çıxan Kürdəmir rayon sakini, Şükürov Rafael Səməd oğluna məxsus 6 baş camışı vuraraq öldürüb. Hadisədən sonra maşının idarəetməsini itirən sürücü onu yoldan çıxararaq aşırıb. Sürücü heç bir xəsarət almayıb. Hadisənin baş vermə səbəbi araşdırılır.

Mediainfo.az