Mənzildən 78 yaşlı qadının meyit tapılıb

Mənzildən 78 yaşlı qadının meyit tapılıb

9 Sentyabr 2015 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhərində mənzildən meyit tapılıb.

FHN saytının verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin giriş qapısını açıb, 1937-ci il təvəllüdlü Pradçikova Praskofiyanın cəsədini aşkar ediblər. Meyit aidiyyəti üzrə təhvil verilib.

Mediainfo.az