Türkiyədə terror törədənlər Ermənistan ərazisindən keçiblər

Türkiyədə terror törədənlər Ermənistan ərazisindən keçiblər

9 Sentyabr 2015 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin İğdır vilayətində terror aktı törədən terrorçuların Ermənistan ərazisindən İğdıra keçdiyi güman edilir. Bu barədə məlumatı Türkiyənin "Vatan" qəzeti yazıb.

Yerli qaynaqlar hadisənin baş verdiyi ərazisinin Ermənistan sərhədinin bir neçə kilometrliyində yerləşdiyini nəzərə alaraq PKK terrorçularının Ermənistandan gələ biləcəyini ehtimal edirlər.

Qeyd edək ki, dünən PKK-nın İğdırla Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu sərhəd məntəqəsi yaxınlığında törətdiyi hücum nəticəsində 13 polis şəhid olub.

Mediainfo.az